MMA-nın qarışıq üslub döyüşçüsü Əhməd əl Darmaki Birləşmiş Ərəb Əmirliklərində keçirilən UAE Warriors 12 turnirində hakimə hücum etdiyinə görə diskvalifikasiya edilib.
Artıq birinci mərhələdə Ə.Darmaki rəqibi Boqdan Kirilenkoya uğurla boğucu fənd tətbiq edib. Lakin rəqibin təslim olunmasına işarə edilən hərkətinə və hakim Mark Qoddardın göstərişinə baxmayaraq, idmançı rəqibini buraxmayıb. Beləliklə o, istifadə etdiyi boğucu fəndi vaxtından çox saxlayıb. Hakim idmançını rəqibin əlindən alsa da, qəzəbli döyüşçü bu dəfə də hakimə hücum edib və onların arasında mübahisə yaranıb. Daha sonra isə qələbəsini qeyd etmək üçün Əhməd əl Darmaki qəfəsə çıxıb. Amma M.Qoddard ondan aşağı düşməsini tələb edib və ona məğlubiyyətini bildirib.
Qeyd edək ki, rəsmi protokolda diskvalifikasiya nəzərdə tutulur. Bu, Ə.Darmakinin karyerasındakı altıncı məğlubiyyətidir.