Ukraynalı basketbolçu Sergey Myasoyedov 26 yaşında dünyasını dəyişib. Bu barədə Ukrayna Basketbol Federasiyasının saytında məlumat verilib.
Mayın 16-da velosipeddən yıxılan idmançı xəsarət alıb. O, körpücük sümüyündəki ağrı səbəbindən həkimlərə müraciət edib. Artıq xəstəxanada olan Myasoyedov huşunu itirib. Basketbolçu komaya düşüb. Daha sonra onda kəllədaxili hematoma aşkar edilib.
Qeyd edək ki, peşəkar basketbolçu kimi Myasoyedov “Zaporojye-2”, “İnvasport” və “Metallurq”dakı çıxışları ilə yadda qalıb.