MMA ulduzundan evlilik təklifi

MMA ulduzundan evlilik təklifi

İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor uzun müddət münasibətdə olduğu rəfiqəsi və iki övladının anası Di Devlinə evlilik təklif edib.​

Döyüşçünün şəxsi instaqram hesabında paylaşdığı şəkildə rəfiqəsinin barmağında nişan üzüyünün olduğu görünür. Bildirək ki,​ idmançı əlamətdar günü xanımının ad günü ərəfəsində etməyə qərar verib. Belə ki, məhz avqustun 9-da Di Devlinin 33 yaşı tamam olur. “Bax bu mənim gələcək həyat yoldaşımın ad günüdür”,- deyə idmançı şəkilə şərh yazıb.