Komandamız qitə çempionatında iştirak etməyəcək

Komandamız qitə çempionatında iştirak etməyəcək

Azərbaycanın şose velosipedi üzrə U-23 və gənclər yığması 24 - 28 avqustda Fransada təşkil ediləcək Avropa çempionatında iştirak etməyəcək. 
Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, buna səbəb yerli hökümətin ölkəyə daxil olan şəxslərdən karantin rejimini tələb etməsidir. Təşkilatçılar millinin yarışdan əvvəl 14 gün karantinə alınmasını tələb edir. 
Komanda avqustun sonunadək Tovuzda hazırlıq keçəcək, yığma üzvlərinin sentyabrda Türkiyədə keçiriləcək bir neçə bəynəlxalq turnirdə, həmçinin İsveçrədə təşkil olunacaq dünya çempionatında iştirakı planlaşdırılır.