COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan karantin rejiminin yumşaldılması çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə icazə verməsi velosiped idmanı üzrə U-23 və gənclər yığmalarımızın üzvlərinin Tovuza təlim-məşq toplanışına yollanmalarına şərait yaradıb.
«Olimpiyadunyası.com» Azərbaycan Velosiped İdmanı Federasiyasına istinadla xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə avqustun sonunadək Tovuzda hazırlıq keçəcək idmançılarımızın sentyabrda Türkiyədə keçiriləcək bir neçə beynəlxalq turnirdə, həmçinin İsveçrədə təşkil olunacaq dünya çempionatında iştirakı planlaşdırılır.
Velosipedçilər Tovuza getdilər