Pilotu Normanidiyadakı evini soydular

Pilotu Normanidiyadakı evini soydular

“Alpha Tauri” komandasının pilotu Pyer Qaslinin evində oğurluq hadisəsi baş verib.
“Motorsportweek.com” saytında yer alan xəbərdə bildirilir ki,  Formula 1 komandasının üzvü bu barədə özü məlumat verib. Belə ki, həftəsonu İspaniya Qran-Prisində çıxış edən idmançı yarışdan sonra Normandiyadakı evinə dönən zaman mənzilinin qarət edildiyini bilib. Pilotun evindən zinət əşyaları, eynəklər və yarış dəbilqələri oğurlanıb.