17 Qran-pridən ibarət cari mövsüm
 

17 Qran-pridən ibarət cari mövsüm  

Formula 1 üzrə dünya çempionatında 2020-ci il mövsümünün qalan hissəsinin təqvimi müəyyənləşib.
Həmin hissədə bu il üçün 4 Qran-pri keçiriləcək.
Türkiyə 2011-ci ildən sonra ilk dəfə yarışa qayıdıb. "İstanbul Park" trasında 9 illik fasilədən sonra noyabrın 13-15-də ilk Qran-pri baş tutacaq. Noyabrın sonunda isə Formula 1 Yaxın Şərqə ayaq açacaq. Noyabrın 27-29-da Bəhreyn, 1 həftə sonra isə Sahir Qran-prisi təşkil olunacaq. Dekabrın 11-13-də mövsümə Abu-Dabidəki yarışla yekun vurulacaq. 
Bu isə o deməkdir ki, cari mövsüm ümumilikdə 17 Qran-pridən ibarət olacaq.
İndiyədək Avstriya (3-5, 10-12 iyul), Macarıstan (17-19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7-9 avqust) və İspaniya (14-16 avqust) Qran-priləri keçirilib. Qarşıda isə Belçika  (28 - 30 avqust), İtaliyada Montsa (4 - 6 sentyabr), Mucello (11 - 13 sentyabr), İmola (31 oktyabr - 1 noyabr), Rusiyada Soçi (25 - 27 sentyabr), Almaniya (9 - 11 oktyabr) və Portuqaliya (23 - 25 oktyabr) Qran-priləri olacaq.