Bədii gimnastika üzrə Azərbaycan millisi Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək Avropa çempionatında iştirak edəcək. Yığma komandamız turnirdə 13 idmançı ilə təmsil olunacaq. Böyüklərin yarışında 8, gənclərin mübarizəsində isə 5 gimnast qüvvəsini sınayacaq. Qeyd edək ki, 26 - 29 noyabr tarixlərində təşkili nəzərdə tutulan Avropa çempionatında iştirak üçün indiyədək 39 ölkə müraciət edib. Ən diqqət çəkən məqam Rusiyanın yarışa qatılmamasıdır. Turnirdə 300-ə yaxın gimnastın iştirakı gözlənilir. AÇ ilə bağlı yekun qərar sentyabrın 28-də qəbul olunacaq.
Avropa çempionatında 13 gimnastımız yarışacaq