Avropa çempionatı təxirə salındı

 

Avropa çempionatı təxirə salındı   

Moskvada bu il keçirilməsi nəzərdə tutulan ağırlıqqaldırma üzrə Avropa çempionatı 2021-ci ilə təxirə salınıb. Bu barədə Avropa Ağırlıqqaldırma Federasiyasının (EWF) birinci vitse-prezidenti Serqey Sırtsov məlumat verib.
Qeyd edək ki, qitə çempionatının bu ilin aprelində keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq koronavirus pandemiyası səbəbindən oktyabrın sonu - noyabrın əvvəlinə təxirə salınmışdı.