İspaniya La Liqasında yeni mövsümün El Klasiko matçlarının tarixi müəyyənləşib. Ölkə çempionatında 2020/2021 mövsümündə “Barselona” və “Real Madrid” arasındakı ilk matç VII tura təsadüf edəcək. Görüş oktyabrın 25-də “Nou Kamp” stadionunda olacaq. İkinci El Klasiko isə XXX turda - 2021-ci il aprelin 11-də Madriddəki “Santyaqo Bernabeu” stadionunda oynanılacaq.
Mövsümün ilk El Klasikosu “Nou Kamp”da olacaq
![Mövsümün ilk El Klasikosu “Nou Kamp”da olacaq](https://olimpnews.az/uploads/img/posts/2020/09/01/скачанные-файлы-(8)jpg-1598963336.jpg)