Liqalarla bağlı görüşlər keçiriləcək

Liqalarla bağlı görüşlər keçiriləcək

Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsi 2020/2021 mövsümü üzrə U-10, U-11, U-12, Coca-Cola U-13 və U-14 liqalarında iştirak etmək istəyən region komandaları ilə ZOOM proqramı üzərindən onlayn iclas keçirəcək.
Görüşlər sentyabrın 8-dən başlayacaq.
İclasda liqalarda iştirak qaydaları, qeydiyyat prosesləri ətraflı izah olunacaq, təklif və müzakirələr aparılacaq.
Regionlar üzrə görüşlərin vaxtları:
Qeyd edək ki, liqalara yeni qoşulmaq istəyən komandalar görüşdə iştirak ilə əlaqədar [email protected] elektron ünvanına komandanın adını və telefon nömrəsini göndərə bilər.