Azərbaycan Güləş Federasiyasının (AGF) pandemiya dövründə təşkil etdiyi hakimlər üçün onlayn seminarlar davam edir.
Keçirilən sayca üçüncü vebinar güləşçilər və məşqçilər üçün də açıq olub. Əvvəlcə Hakimlər Kollegiyasının sədri Qərib Əliyev Dünya Güləş Birliyinin (UWW) hakimlər üçün təşkil etdiyi son seminarlardakı mövzulara toxunub, eləcə də hücum və əks-hücum şəraitində epizodların qiymətləndirilməsi haqqında danışıb. Daha sonra isə mövzuya uyğun olaraq, müxtəlif qarşılaşmalardan mübahisəli epizodlar beynəlxalq və milli dərəcəli hakimlərimizlə qarşılıqlı müzakirə olunub, verilən xallar dəyərləndirilib.
Qeyd edək ki, hakimlərin onlayn seminarı həftədə bir dəfə keçirilir.
Güləşçilər və məşqçilər üçün vebinar