Qadın tennisçilər üçün yeni turnir

Qadın tennisçilər üçün yeni turnir

WTA təqviminə yeni turnir daxil edib. Belə ki, qadınlar arasında keçiriləcək tennis turniri Çexiyanın Ostrava şəhərində  təşkil olunacaq. Oktyabrın 19-da keçiriləcək turnirin mükafat fondu 528 min dollar təşkil edəcək.
Xatırladaq ki, bir müddət əvvəl Ostravada “Çellencer” seriyalı kişilər arasında turnir keçirilib. Yarışın qalibi isə finalda almaniyalı Oskar Ottene üzərində qələbə qazanan rusiyalı tennisçi Aslan Karasev olub.
Qeyd edək ki, turnir mart ayında koronavirus pandemiyası səbəbi ilə dayandırılmışdı.