İranlı güləşçi edam edildi

 

İranlı güləşçi edam edildi   

dmanın güləş növü üzrə İran çempionu 27 yaşlı Navid Əfkari bu gün səhər saatlarında edam edilib. Güləşçi hökumət əleyhinə keçirilən etiraz aksiyalarında qruplaşmalar yaratmaqda, polisin ölümündə və həmin tədbirlərdə fəal iştirakda təqsirli bilinib. N.Əfkari eyni zamanda 2018-ci ildə Şiraz şəhərində bir nəfər mühafizəçini qətlə yetirib.
Qeyd edək ki, Navid Afkari 2018-ci ildə hökumət əleyhinə aksiyalara qatıldığı üçün iki dəfə edam cəzasına məhkum edilmişdi. Cəza elan ediləndən sonra qərarın ləğvi üçün İran prezidentinə çağırışlar başlayıb. Çağırış edənlər arasında Donald Tramp da olub. Trampın “Onu bağışlayar və edam etməzsəniz, xoşbəxt olaram” deyə sosial şəbəkədə yazıb.
Trampın çağırışından sonra idmançının 11 dəqiqəlik videosu yayılıb. Videoda o bir nəfəri bıçaqlayaraq qətlə yetirdiyini etiraf edib. Video İranın dövlət televiziyasında yayılıb.
Məlumata görə, İran televiziyası son 10 ildə ən azı 355 etiraf videosu yayıb. Afkarini dəstəkləyənlərin fikrincə, video polisin işgəncəsi nəticəsində lentə alınıb.
Videoda güləşçinin öldürdüyü iddia edilən Hassan Torkamanın nənə və babası da yer alıb. Bir motosiklet üzərində çəkilən videoda Navid Hassanı arxadan bıçaqladığını deyir. Qətlin səbəbi isə açıqlanmır.