Sentyabrın 23-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının güləş zalının təmir-bərpa işlərindən sonra açılışı olub. Açılış mərasimində Gənclər və İdman naziri Azad Rəhimov,
Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev və Akademiyanın rektoru Fuad Hacıyev iştirak ediblər. Akademiyanın rektoru Fuad Hacıyev qonaqları yenidənqurma işləri ilə yaxından tanış edib. Ümumi sahasi 402 kv m olan güləş zalı məşq zamanı tələbələrin fiziki dözümlülüyünün artırılması üçün xüsusi müasir avadanlıqlarla təchiz olunub. Güləş zalında həmçinin uzun illər akademiyada fəaliyyət göstərən "İdmanın təkmübarizlik növləri" kafedrasının müdiri professor Xanlar Qurbanovun həyat və fəaliyyətini əks etdirən guşə yaradılıb, xatirə lövhəsi asılıb.
Mövcud pandemiya şəraitinə uyğun olaraq Nazirlər Kabitenin avqustun 29-da 312 nömrəli "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili" barədə qərarına əsasən akademiyada tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər mütəmadi həyata keçirilir. Akademiyanın 3 giriş-çıxış məntəqələrinə qısa müddət ərzində 15-20 tələbənin hərarətini ölçmək imkanı olan universal, professor-müəllim və inzibati heyətüçün isə fərdi teplovizorlar quraşdırılıb. Sosial məsafənin saxlanılması üçün yerdə çəkilmiş dayanma işarələri vurulub.
Bədən Tərbiyəsi və İdman Akademiyasının güləş zalı istifadəyə verilib