"Ferrari" komandasının keçmiş rəhbəri Stefano Domenikali gələn il "Formula 1"in sükanı arxasına keçəcək. 55 yaşlı italiyalı funksioner hazırda idman avtomobilləri istehsalçısı "Lamborghini"nin icraçı direktorudur. Domenikali Beynəlxalq Avtomobil Federasiyasında komissiyalardan birinə də rəhbərlik edir.
O, "Ferrari"dən 2014-cü ilin əvvəlində ayrılıb. "Formula 1"də baş direktor postunu 2017-ci ildən Çeyz Keri tutur. Lakin "Liberty Media"nın promouterləri çoxdandır ona daha nüfuzlu əvəzedici axtarırlar. Bu vəzifə üçün "Mercedes"in rəhbəri Toto Volffun namizədliyi hallansa da, təyinatına "Ferrari" komandası imkan verməyib.
Bu komanda "Formula 1" rəhbərliyi və Beynəlxalq Avtomobil Federasiyasına çox böyük təsir gücünə malikdir.
"Lamborghini"nin icraçı direktoru "Formula 1"in sükanı arxasına keçəcək