"Fənərbağça"nın keçmiş futbolçusu klubun idman direktoru təyin olundu

"Fənərbağça"nın keçmiş futbolçusu klubun idman direktoru təyin olundu

Türkiyənin "Fənərbağça" futbol klubunun yeni idman direktoru müəyyənləşib.
Bu barədə klub prezidenti Ali Koç təşkil etdiyi mətbuat konfransında məlumat verib. O, İstanbul təmsilçisində idman direktoru vəzifəsini Emre Belözoğlunun yerinə yetirəcəyini bildirib.
Qeyd edək ki, E.Belözoğlu 2008-2012, 2013-2015 və 2019-2020-ci illərdə "sarı-lacivərt"lərdə çıxış edib.