Döyüşün tarixi məlum oldu

Döyüşün tarixi məlum oldu

Amerikalı boksçu kiçik Floyd Meyvezer Tokioda təşkil olunacaq döyüşünü gələn ildə keçirilməsini planlaşdırır. Qarşılaşmanın 2021-ci ilin fevral ayında keçirilməsi gözlənilir.
Xatırladaq ki, F.Meyvezer 2017-ci ilin avqust ayında keçirdiyi son döyüşündə qarışıq üslub döyüşçüsü Konor Makqreqor üzərində qələbə qazanıb. 43 yaşlı məğlubedilməz boksçu Folyd Meyvezerin aktivində 27-si nakaut olmaqla, 50 qələbə var.