Ümumrusiya Voleybol Federasiyasının prezidenti seçkisi alternativsiz şəkildə keçiriləcək. Vəzifəyə yeganə namizəd təşkilatın hazırkı rəhbəri Stanislav Şevçenkodur.
Ümumrusiya Voleybol Federasiyasının hesabat-seçki konfransı dekabrın 11-də Moskvada keçiriləcək. Seçkilərdə iştirak üçün ərizələrin verilmə müddəti isə artıq bazar ertəsi başa çatıb.
Qeyd edək ki, Stanislav Şevçenko 2010-cu ildən Ümumrusiya Voleybol Federasiyasının prezidenti vəzifəsini tutur.