Azərbaycan güləş ictimaiyyətinə ağır itki üz verib

Azərbaycan güləş ictimaiyyətinə ağır itki üz verib

Güləş üzrə yeniyetmə və gənc qızlardan ibarət milli komandanın məşqçisi İsaməddin Hüseynov uzun sürən xəstəlikdən sonra 46 yaşında dünyasını dəyişib. Sərbəst güləşçi kimi gənclər arasında MDB çempionu, eləcə də Azərbaycan çempionatının qalibi, xüsusən, qadın güləşinin inkişafında pay sahibi olan İ.Hüseynov uzun illər qızlardan ibarət yığmada məşqçi kimi fəaliyyət göstərib. Azərbaycan Güləş Federasiyasının rəhbərliyi, məşqçilər, idmançı heyəti mərhumun yaxınlarına və bütün güləş ictimaiyyətinə dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin!