Avropa çempionatının tarixi dəqiqləşdi

Avropa çempionatının tarixi dəqiqləşdi

Bu il Rusiyanın paytaxtı Moskvada keçirilməli olduğu halda, koronavirus pandemiyasına görə təxirə salınmış ağırlıqdaldırma üzrə Avropa çempionatının yeni tarixi açıqlanıb. Yarış 2021-ci 3 - 11 aprel tarixlərində baş tutacaq.
Rusiya paytaxtındakı qitə çempionatı bu ilin aprelində keçirilməli idi. Yarış yayda da keçirmək mümkün olmamışdı.
Qeyd edək ki, Avropa çempionatı olimpiadaya reytinq xarakterlidir. Tokio Yay Olimpiya Oyunları bu il 24 iyul - 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən Oyunlar 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb.