Gözlənilən döyüşün yeni təfərrüatları

Gözlənilən döyüşün yeni təfərrüatları

Amerikalı boksçu Mayk Taysonun Roy Consla keçirəcəyi döyüşdən alacağı qanorar məlum olub. Bunu “Twitter” sosial şəbəkəsində “Yahoo Sports”un jurnalisti Kevin Ayole açıqlayıb. M.Tayson döyüşdən 10 milyon dollar, R.Cons isə 3 milyon dollar əldə edəcək. Həmçinin qeyd olunur ki, bu məbləğ ödənişli yayımlardan əldə olunan faizlər nəzərə alınmadan hesablanıb.

Qeyd edək ki, gözlənilən döyüş noyabrın 28-də təşkil olunacaq. Döyüşün sərgi xarakteri daşımasına baxmayaraq, hər iki boksçu döyüşə ciddi hazırlaşır. Məlumata görə, qarşılaşmadan əldə olunan vəsait xeyriyyə məqsədi ilə istifadə olunacaq.