Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatına start verilib

Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatına start verilib

Bu gün Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatı start götürüb. Noyabrın 29-dək davam edəcək qitə birinciliyində ölkəmiz 11 idmançı ilə təmsil olunur. Çempionatda böyüklərin yarışında Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorikina, Arzu Cəlilova və Zöhrə Ağamirova mübarizə

aparacaqlar. Nərmin Bayramova, Leyli Ağazadə, Alina Gözəlova və İlona Zeynalova isə yeniyetmələr arasında güclərini sınayacaqlar.

Avropa çempionatına 23 ölkədən 24 böyük, 57 yeniyetmə gimnast, 6 qrup hərəkətləri komandası iştirak edir.