Formula 1 üzrə Bəhreyn Qran-Prisinin qalibi müəyyənləşib. Mövsümün 15-ci yarışında “Mercedes”in pilotu Luis Hamilton birinci olub. İlk üçlüyü “Red Bull”un pilotları Maks Ferstappen və Aleksandr Albon tamamlayıblar. L.Hamilton cari mövsüm 11-ci, karyerasında isə 95-ci qələbəsini qazanıb. Ötən yarış - Türkiyə Qran-Prisində L.Hamilton yeddinci çempionluğunu rəsmiləşdirib. "Mercedes" isə Konstruktorlar kubokuna sahib olub.
Pilotların siyahısına 332 xalla L.Hamilton başçılıq edir. Onun komanda yoldaşı Valtteri Bottas 201 xalla ikinci, M.Ferstappen isə 189 xalla üçüncü pillədə qərarlaşıblar.
Növbəti yarış dekabrın 6-da yenidən Bəhreyndə təşkil olunacaq.