Dekabrın 6-da Bəhreyndəki Sahir trasında Formula 1 üzrə dünya çempionatının 16-cı mərhələsi keçirilib.
Bəhreyn artıq ardıcıl olaraq, ikinci turnirə ev sahibliyi edib. Budəfəki yarış Sahir avtodromunda başqa konfiqurasiyada təşkil olunub. Yarışın keçirildiyi dövrə cari təqvimdə ən qısa məsafə - 3543 kilometr olub.
Səksən yeddi dövrə vuran pilotların yarışında "Racing Point" komandasının meksikalı üzvü Serxio Peres birinci olub. İlk üçlüyü "Reno" komandasının pilotu Esteban Okon və "Racing Point"in digər üzvü Lens Stroll tamamlayıblar.
S.Peres karyerasında ilk qələbəsini, E.Okon isə podiumunu qazanıb. Həmçinin S.Peres ilk meksikalı pilotdur ki, 1970-ci ildən sonra qələbə qazanmağı bacarıb.
Ötən yarışlarda Luis Hamilton pilotların yarışında, "Mercedes" komandası isə Konstruktorlar kubokunda çempionluğunu bayram edib.
Pilotların sıralamasına L.Hamilton ("Mercedes") 332 xalla başçılıq edir. Britaniyalı pilotun komanda yoldaşı Valtteri Bottas 205 xalla ikinci, Maks Ferstappen ("Red Bull") isə 189 xalla üçüncü pillədə qərarlaşıb.
Sahir Qran-Prisində dubl edən "Racing Point" komandası Konstruktorlar kubokunda üçüncü yerə yüksəlib. Böyük Britaniya təmsilçisinin hesabında 194 xal var. "Red Bull" komandası 282 xalla ikincidir. "Mercedes" isə 540 xalla Formula 1-də hegemonluğunu davam etdirir.
Formula 1 üzrə dünya çempionatının sonuncu mərhələsi - Abu-Dabi Qran-Prisi dekabrın 13-də baş tutacaq.