Onlayn “Dutch Trampoline Open” yarışında uğurlu nəticə

Onlayn “Dutch Trampoline Open” yarışında uğurlu nəticə

Niderlandda batut gimnastikası üzrə onlayn “Dutch Trampoline Open” yarışı keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından bildiriblər ki, yarışda ən yaxşı nəticəni 13-14 yaşlı idmançılar arasında iştirak etmiş Maqsud Mahsudov göstərib. Fərdi batut yarışlarında o, bütün rəqiblərini geridə qoyaraq, 95,060 xalla birinci yerə layiq görülüb. M.Mahsudov ilə eyni yaş qrupunda çıxış etmiş Hüseyn Abbasov isə 94,450 xalla ikinci olub.

Böyüklər arasında ölkəmizi Selcan Mahsudova təmsil edib. İcra etdiyi proqrama görə, 101,450 xal alan gimnastımız yarışda ikinci yeri tutub. Bir və 3-cü yerlərə isə Almaniyadan olan gimnastlar yiyələniblər.