Yeddi yaşlı qız hər kəsi şoka saldı

Yeddi yaşlı qız hər kəsi şoka saldı

Kanadanın Ottava şəhərindən olan 7 yaşlı Rovi van Ulft özündən az qala 3 dəfə ağır olan ştanqla məşq edir və dünyanın ən güclü qızı seçilib. Bu barədə "Daily Mail" yazır. O, 32-80 kiloqrama qədər ştanqı qaldıra bilir və bu yaxınlarda ABŞ-ın ağırlıqqaldırma üzrə ən gənc çempionu olub.

Qız 5 yaşından ağırlıqqaldırma idman növü ilə məşğul olur və həftədə 4 saat məşqlərə həsr edir. Onun həmçinin gimnastikaya da həvəsi var və həftədə 9 saat bu idmanla məşğul olur.