Azərbaycanın yunan-Roma güləşçisi İslambek Dadov Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yarımfinala yükləsib. 67 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda Ermənistan təmsilçisi Slavik Qalstyanla üz-üzə gəlib. Qarşılaşma pəhləvanımızın qələbəsi ilə başa çatıb. O, 1/8 finalda Nilton Qarsiyanı (Peru), təsnifat mərhələsində isə Ruben Marvikeni (İtaliya) məğlub edib.
Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Yarışda 55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli 1/4 finalda, Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) 1/8 finalda, Sənan Süleymanov isə təsnifat mərhələsində uduzub. Onlar rəqibləri finala çıxacağı təqdirdə təsəlliverici görüşdə iştirak edəcəklər.
Qeyd edək ki, Fərdi Dünya Kubokuna dekabrın 18-də yekun vurulacaq.