Polşanın paytaxtı Varşavada “Irina Cup” beynəlxalq turniri keçirilib. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, bədii gimnastlarımız bu turnirdə komanda hesabına çoxnövçülükdə iki medal yazdırmağı bacarıblar. Yarışda 2008-ci il təvəllüdlü gimnastlar arasında iştirak etmiş Leyli İsmayılova fəxri kürsünün ikinci pilləsinə yüksəlib, Məryam İonis isə bürünc medala layiq görülüb.
Gimnastlarımız Polşada mükafatçılar sırasında yer aldılar
