Abu-Dabi Qran-Prisinin qalibi müəyyənləşdi

Abu-Dabi Qran-Prisinin qalibi müəyyənləşdi

Formula 1 üzrə Abu-Dabi Qran-Prisinə yekun vurulub. Yarışın qalibi “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen olub. İkinci yeri “Mersedes” komandasının finlandiyalı pilotu Valtteri Bottas tutub. Onun komanda yoldaşı britaniyalı Luis Hamilton isə yarışı üçüncü pillədə tamamlayıb.

Qeyd edək ki, Formula 1 üzrə Abu-Dabi Qran Prisi cari mövsümün sonuncu mərhələsi idi. Türkiyə Qran Prisində birinci yeri tutan L.Hamilton mövsümün bitməsinə 3 mərhələ qalmış çempionluğunu təmin etmişdi.