Tatyana Omelçenko Fərdi Dünya Kubokunda çıxış etdi

Tatyana Omelçenko Fərdi Dünya Kubokunda çıxış etdi

Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir. Bu gün çəkisi 50 kq, 53 kq, 55 kq, 62 kq və 72 kq olan qadın güləşçilər mübarizəyə başlayıblar. Yığmamızın üzvü Tatyana Omelçenko Fərdi Fünya Kubokunda ilk görüşündə İspaniya güləşçisini üstələyərək 1/4 finala yüksəlib. Lakin bu mərhələdə güləşçimiz Rusiya təmsilçisinə məğlub olub. 62 kq 1/8 final: Tatyana Omelçenko - Lidiya Peres (ESP) 8:0 1/4 final: Tatyana Omelçenko - Lyubov Ovçarova (RUS) 1:12