Qadın güləşçilərimizdən uğursuz başlanğıc

Qadın güləşçilərimizdən uğursuz başlanğıc

Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir. Dördüncü yarış günündə 57 kq, 59 kq, 65 kq, 68 kq və 76 kq-da çıxış edən qadın güləşçilər mübarizəyə başlayıblar. Komandamızın üzvü Alyona Kolesnik ilk görüşdə hindistanlı güləşçiyə məğlub olub. Mübarizəyə 1/4 finaldan start verən Elis Manolova isə Moldova təmsilçisinə uduzub. 57 kq 1/8 final: Alyona Kolesnik - Anşu Anşu (İND) 2:4 65 kq 1/4 final: Elis Manolova - İrina Rinqaçi (MDA) 0:6