Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir. Ötən gün mübarizəyə başlayan qadın güləşçimiz Alyona Kolesnik (57 kq) 1/8 finalda İndoneziya təmsilçisi Anşu Anşuya uduzub - 2:4. 65 kq çəki dərəcəsində mübarizə aparan Elis Manolova isə yarışa 1/4 finaldan başlayıb. O, moldovalı İrina Rinqaçiyə 0:6 hesabı ilə məğlub olub.
Hər iki idmançımızın rəqibi finala yüksəldiyi üçün onlar bu gün təsəlliverici görüşə çıxacaqlar.
Qeyd edək ki, qadın güləşçilərdən Tatyana Omelçenko (62 kq) 1/4 finalda rusiyalı Lyubov Ovçarovaya uduzaraq mübarizəni dayandırıb. Daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib.
57 kq 1/8 final: Alyona Kolesnik - Anşu Anşu (Hindistan) - 2:4 Təsəlliverici görüş: Alyona Kolesnik - Laura Mertens (Almaniya) 65 kq 1/4 final: Elis Manolova - İrina Rinqaçi (Moldova) - 0:6 Təsəlliverici görüş: Elis Manolova - Aslı Demir (Türkiyə)