Olimpiya çempionlarımız Dünya Kubokundan niyə imtina etdilər?

Olimpiya çempionlarımız Dünya Kubokundan niyə imtina etdilər?

Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionları - Şərif Şərifov və Toğrul Əsgərovun Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yığmanın heyətində yer almamalarının səbəbi bəlli olub. 97 kq çəki dərəcəsində çıxış edən Ş.Şərifov öz istəyi ilə yarışda iştirakdan imtina edib. Olimpiya çempionumuz yayda ayağından əməliyyat olunmuşdu. Bu səbəbdən hazırda bərpa dövrü keçir. Onun yerinə gənc güləşçimiz Şamil Zubairov Belqrada mübarizə aparacaq. Toğrul Əsgərov isə topuğunda ağrılar hiss etdiyi üçün bu yarışda iştirak edə bilməyib. 79 kq-dakı Cəbrayıl Həsənov və 74 kq-dakı Hacımurad Hacıyev zədə səbəbindən siyahıda yer almayıb.
Qeyd edək ki, Şərif Şərifov və Toğrul Əsgərov 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Dünya Kubokuna dekabrın 18-də yekun vurulacaq. Azərbaycanı yarışda 9 sərbəst güləşçi təmsil edir.
Xatırladaq ki, daha əvvəl titullu güləşçi Mariya Stadnik də yarışdan imtina edib.