Kamran Ağayevin atası koronavirusdan dünyasını dəyişdi

Kamran Ağayevin atası koronavirusdan dünyasını dəyişdi

“Səbail” klubunun qapıçısı Kamran Ağayevin atası Adilxan Ağayev vəfat edib.
Bu barədə qəsəbə təmsilçisinin baş məşqçisi Aftandil Hacıyev məlumat verib. O, bir müddət əvvəl koronavirusa yoluxan Ağayevin 72 yaşında bu xəstəlikdən dünyasını dəyişdiyini bildirib. Hacıyev mərhumun dəfni üçün Şabran şəhərinə aparıldığını deyib.
Komandaya mövsümün gedişində qoşulan Kamran isə atasının xəstəliyi ilə əlaqədar məşqlərdən kənarda qaldığı üçün ilin son oyunlarında da debüt edə bilməyəcək.
Qeyd edək ki, Adilxan Ağayev vaxtilə Şabranın “Bərəkət” komandasının baş məşqçisi olub. Oğlu Kamran ilk illərini məhz atasının rəhbərliyi altında keçirib.