Formula 1-in pilotu Roman Qrojan Bəhreyn Qran-prisindəki qəzadan sonra əməliyyat keçirib. Sol əl barmağının zədələnməsi nəticəsində idmançıya təcili əməliyyat təyin edilib.
“Hər kəsi salamlayır və gözəl gün arzu edirəm! Mən bir müddət istirahət etmişəm və demək olar ki, ağrı hiss etmirəm. Lakin ismarıc yazmaq mənə hələ də narahatlıq yaşadır”, - deyə o, instaqram hesabında paylaşdığı xəstəxana otağında olan fotoya şərh yazıb.
Xatırladaq ki, pilot Bəhreyn Qran-prisində Danil Kvyat ilə toqquşduqdan sonra qoruyucu səthə çırpılıb. Roman Qrojanın bolidi həmin an alovlansa da, idmançı avtomobili dərhal tərk etməyi bacarıb. Bununla da, o, qəzadan yanıqlar və yüngül xəsarət ilə canını qurtarmağa nail olub.