“ Ukraynalının titulu əlindən alınmayacaq”

“ Ukraynalının  titulu  əlindən alınmayacaq”

Ümumdünya Boks Şurası (WBS) super-ağır çəkili ukraynalı dünya cempionu Vitali Kliçkoya güzəşt edib. WBS ukraynalıya cempion kəmərinin mütləq müdafiəsi uğrunda döyüşü 2014-cü ilin mart ayında keçirməsinə icazə verib. Bu barədə məlumat WBS prezidenti Xose Süleyman tərəfindən yayılıb. Qeyd edək ki,  kəmərin müdafiəsi bu ilin noyabrında olmalı idi.  Lakin Vitali Kliçko sağ əlinin  biləyindən ciddi zədə alıb. Buna görə də həkimlər  döyüşün  təxirə salınmasına  qərar veriblər. " Şayiələr gəzir ki, Vitali  boksdan gedir. Amma o, bunu təkzib edir. Vitali  Ukraynada  siyasətlə məşğul olur. 

Zədələnməsi  isə, döyüşün vaxtının dəyişdirilməsini  zəruri etdi. Həkimlərin rəyi mütləq nəzərə alınmalıdır”,- deyə  Xose Süleyman jurnalistlərə bildirib. Kliçkonun rəqibi, çempionluğa iddialı Bermeyn Stivern  WBS  rəhbərliyindən tələb edib ki,  Kliçkonun titulu əlindən alınsın.  Amma qurumun prezidenti Xose Süleyman kanadalının iddiasını əsassız sayıb: "Ukraynalının titulu əlindən alınmayacaq.  O, idman karyerası ərzində ilk dəfədir ki,  kəmərini müdafiə etmək üçün rinqə çıxacaq.  Əgər kanadalı gözləməyə razı olacaqsa, bu döyüş keçiriləcək. Əks halda, Stivern uzun müddət rinqdən kənarda qalacaq”.
 Məlumat üçün deyək ki, Vitalı Kliçko sonuncu dəfə 2012-ci ildə  Moskvada döyüşüb və  almaniyalı Manuel Çarrı məğlub edib.