Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda iştirak edən sərbəst güləş üzrə üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev (65 kq) ciddi zədə alıb. Fransalı güləşçi ilə görüşdə qabırğasındakı zədə titullu idmançımıza döyüşü davam etdirməsinə mane olub. Həkimlərin tibbi müdaxiləsindən sonra idmançımız görüşü uğurla başa vurub və bürünc medala layiq görülüb. Görüşdən sonra idmançımız tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Pəhləvanımız bu səbəbdən də mükafatlandırma mərasimində iştirak etməyib. Sərbət güləşçimizin əvəzinə fəxri kürsüyə yığmanın masajçısı çıxıb.
Qeyd edək ki, Hacı Əliyev 1/4 final mərhələsində qırğızıstanlı Ernazar Akmataliyevlə görüşdə (6:4) qabırğasından zədələnmişdi.