Böyük Britaniyada 2020-ci ilin ən yaxşı idmançısı açıqlanıb. Qalib BBC-nin apardığı səsverməyə əsasən bəlli olub. “Mercedes” komandasında çıxış edən Formula 1 üzrə 7 qat dünya çempionu Luis Hamilton ilin idmançısı seçilib. İngiltərə yığmasının və «Liverpul»un futbolçusu Cordan Henderson ikinci, çapar Holli Doyl isə üçüncü olub.
İlin idmançısı seçilməsini özü üçün gözlənilməz sayan L.Hamilton ona səs verən hər kəsə təşəkkür edib.
Qeyd edək ki, Luis Hamilton bu il 7-ci dəfə dünya çempionu olub və bu göstəricidə almaniyalı Mixael Şumaxerə çatıb.