İkiqat Olimpiya çempionunu 7 aylıq həbs cəzası gözləyir

İkiqat Olimpiya çempionunu 7 aylıq həbs cəzası gözləyir

Xizək idmanı üzrə ikiqat Olimpiya çempionu Petter Nortuq azadlıqdan məhrum edilib. Evində narkotik maddə aşkarlanan norveçli idmançı yol hərəkəti qaydalarını pozmaqda da ittiham olunur.

Bu səbəbdən məhkəmə 34 yaşlı xizəkçinin 7 ay müddətinə həbsinə qərar verib.

Qeyd edək ki, P.Nortuq eyni zamanda 13 qat dünya çempionudur. O, 2 dəfə Dünya Kubokunun qalibi olub.