“Liverpul” ilin ən yaxşı klubu seçildi

“Liverpul” ilin ən yaxşı klubu seçildi

BBC telekanalı 2020-ci ildə idman dünyasının ən yaxşı komandası və məşqçisinin adını açıqlayıb. İdman dünyasında ilin ən yaxşı komandası “Liverpul”, ən yaxşı məşqçi isə klubun baş məşqçisi Yurgen Klopp seçilib.

Qeyd edək ki, Y.Kloppun rəhbərliyi altında İngiltərə təmsilçisi ötən mövsüm son 30 ildə birinci dəfə Premyer Liqanın qalibi olub.