Hamilton ilin ən yaxşı idmançısı seçildi

Hamilton ilin ən yaxşı idmançısı seçildi

Fransanın "L Equipe" nəşri 2020-ci ilin ən yaxşı idmançılarının adlarını açıqlayıb. Ən yaxşı idmançı adına "Mercedes" pilotu Luis Hamilton layiq görülüb. Britaniyalı sürücü bu il Formula 1 üzrə 7 qat dünya çempionluğunu rəsmiləşdirərək, Mixael Şumaxerin rekordunu təkrarlayıb. Norveçli Marte Olsbü-Royselann ən yaxşı qadın idmançı seçilib. 30 yaşlı biatlonçu dünya çempionatında 7 medal qazanıb. Medallardan 5-i qızıl, 2-si bürünc əyarlı olub.