Gənclər arasında intellektual yarışın qalibləri müəyyənləşdi

Gənclər arasında intellektual yarışın qalibləri müəyyənləşdi

Gəncədə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş gənclər arasında intellektual yarış təşkil olunub. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı və Gəncə İntellektual Klubunun dəstəyi ilə təşkil olunan intellektual yarış onlayn qaydada ZOOM platforması üzərindən baş tutub. 30-dan artıq iştirakçısı olan yarışda gənclər fərdi qaydada yarışıblar. Turnirin qalibi adını Ofelya Mustafayeva və Ramil Hüseynli (hər ikisi Gəncə) qazanıblar. Toğrul Qurbanov (Milan, İtaliya) ikinci, Xalid Verdiyev (Gəncə) isə üçüncü yeri tutub. Qaliblər diplomlarla mükafatlandırılacaqlar.