Kraliça Luis Hamiltona cəngavər rütbəsi verdi

Kraliça Luis Hamiltona cəngavər rütbəsi verdi

“Mersedes”in pilotu Luis Hamiltona rəsmi olaraq cəngavər rütbəsi verilib. İdmançı Böyük Britaniyanın kraliçası II Yelizavetanın imzaladığı mükafatların təqdim edilməsi üçün yeni il siyahısına daxil edilib. Ənənəyə görə namizədlərin adları dekabrın sonlarında və iyunda, Böyük Britaniyanın kraliçası II Yelizaveta rəsmi ad gününüdə olmaqla, ildə iki dəfə dərc olunur. Yeni il siyahısında min nəfərdən artıq insan yer alıb. Onların sırasında həm məşhur, həm də sadə britaniyalılar var.
Qeyd edək ki, L.Hamilton, Cek Brebema, Stirling Moss və Ceki Stüartdan sonra cəngavər rütbəsinə layiq görülən Formula 1-in dördüncü yarışçısı olub. Əgər o, "Mersedes" lə müqaviləni uzatsa, o zaman idmançı Formula 1-in mövcud pilotu olan ilk cəngavər olacaq.