İran güləşçisi Mehdi Əl Hüseyni 30 yaşında edam edilib. İdmançı 2015-ci ildə kütləvi dava zamanı bir nəfəri öldürməkdə günahlandırılıb. İranın yunan-Roma güləşi üzrə Olimpiya, 6 qat dünya və 2 qat Asiya çempionu Həmid Soryan Reyhanpur mərhumun ailəsindən Mehdi Əl Hüseynini əfv etmələrini xahiş edib. Lakin bu xahiş nəticəsiz qalıb və hökm icra edilib.
Qeyd edək ki, 2020-ci ilin sentyabrında İranda daha bir güləşçi Navid Əfkari edam olunmuşdu. Buna səbəb kimi isə onun bir nəfəri öldürməsi göstərilmişdi. Lakin hüquq müdafiəçiləri N.Əfkarinin 2018-ci ilin yayında etiraz aksiyalarında iştirakı səbəbindən edam olunduğunu bildirmişdilər.