Belaruslu ağırlıqqaldıran Vadim Lixorad diskvalifikasiya edilib. Bu barədə Beynəlxalq Ağır Atletika Federasiyasının mətbuat xidməti məlumat verib. Buna səbəb isə 2018-ci il dünya çempionatının bürünc mükafatçısının antidopinq qaydalarını pozmasında şübhəli bilinməsidir. 26 yaşlı idmançı dehidrohlormetiltestosterondan (güç və əzələnin böyüməsini təmin edən preparat) istifadə etməsində ittiham olunur.
Ağır atlet diskvalifikasiya edilib
![Ağır atlet diskvalifikasiya edilib](https://olimpnews.az/uploads/img/posts/2021/01/29/vadimjpg-1611919450.jpg)