Azərbaycan güləşçiləri Kiyevdə Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirə turnirində iştirak edəcəklər. 24-cü dəfə keçiriləcək yarış 26 - 28 fevralda gerçəkləşəcək. Memorialda güləşin hər üç növündə qaliblər müəyyənləşəcək.
Qeyd edək ki, 2020-ci ildəki yarış pandemiyaya görə baş tutmayıb. 2019-cu ildə isə Azərbaycanı yunan-Roma güləşçiləri təmsil edib. 2020-ci ildə İtaliyanın paytaxtı Romada Avropa çempionu olan 77 kq çəki dərəcəsindəki Sənan Süleymanov həmin turnirdə də qızıl medal qazanıb.