Avropa Liqasının 1/8 final mərhələsində Norveçin “Molde” və İspaniyanın “Qranada” klubları arasında keçiriləcək cavab matçının yeri dəyişdirilib. Qarşılaşma öncədən nəzərdə tutulduğu kimi Norveçdə yox, Macarıstanda keçiriləcək.
Buna iki ölkə arasında səfərlərə koronavirus pandemiyasına görə qoyulan məhdudiyyətlər səbəb göstərilib.
Görüş martın 18-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Bu komandalar arasındakı ilk oyun isə martın 11-də İspaniyada olacaq.
«Molde» «Qranada»nı Budapeştdə qəbul edəcək