Azərbaycan çempionatlarının 2020-2021-ci il mövsümü ləğv edildi

Azərbaycan çempionatlarının 2020-2021-ci il mövsümü ləğv edildi

Voleybol üzrə Azərbaycan çempionatları keçirilməyəcək. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, yarışların keçirilməməsinə səbəb koronavirus pandemiyasıdır. Buna ölkəmizdə aprelin 1-dək karantin rejiminin tətbiq edilməsi və qapalı məkanlarda idman yarışlarının keçirilməsinə qadağa qoyulması səbəb olub. Buna görə də 2020-2021-ci il mövsümündə kişi və qadınlar arasında ölkə çempionatları, həmçinin 1-ci dəstədəki yarışlar təşkil edilməyəcək. Koronavirus pandemiyası ötən mövsümün də yarımçıq dayandırılması ilə nəticələnmişdi. 2019-2020-ci il mövsümündə qaliblər elan olunmadan saxlanılıb.
2021-2022-ci il mövsümünün təşkili isə koronavirusla bağlı vəziyyətdən asılı olacaq.