Yunan-Roma güləşi üzrə millimiz Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya təsnifat turnirinə hazırlığı davam etdirir.
Martın 18-dən 21-dək baş tutacaq lisenziya yarışı üçün nəzərdə tutulan son təlim-məşq toplanışında taktiki-texniki çalışmalara üstünlük verilir.
Martın 4-dən Olimpiya Güləş Mərkəzində start götürən hazırlıq prosesi ayın 17-də başa çatacaq. Milli üzvləri baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi altında gündə bir dəfə olmaqla məşqlərdə iştirak edirlər.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə mübarizə Avropa Olimpiya təsnifat turnirinin sonuncu iki günündə - martın 20-21-də baş tutacaq. Komandamız 60, 67, 77, 87, 97 və 130 kiloqram çəki dərəcələrində Olimpiadaya lisenziya qazanmağa çalışacaq.
Yunan-Roma güləşçilərimiz lisenziya turnirinə Bakıda hazırlaşırlar